!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Operativ Qərargahın qərarlarını “bombaladı”: “Yüzlərlə müəssisə iflas ərəfəsindədir” – VİDEO

!Reklam – Yazi

“Müəssisələr və satış yerləri bağlı olduğuna görə iş yerlərində ixtisarlar edilməsi məcburiyyəti yaranır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Operativ Qərargahın son qərarlarını tənqid edən millət vəkili Məşhur Məmmədov deyib.

Deputat vurğulayıb ki, ölkədə əksər müəssisələrin fəaliyyətinə məhdudiyyət qoyulması ciddi problemlər yaradır:

“Hər gün minlərlə insanın daxil olduğu ərzaq mağazaları fəaliyyət göstərir, lakin istehsalat müəssisələri və ya sənaye məhsulları satan mağazalar bağlıdır.

Bu mağazaların bağlı olması bugünkü mövcud problemlərin yaranmasına yol açıb. Müəssisələr və satış yerləri bağlı olduğuna görə iş yerlərində ixtisarlar edilməsi məcburiyyəti yaranır. Hətta xarici ticarət əlaqələrində də gərginliklər yaranıb.

Azərbaycan elə bir dövlətdir ki, müəssisələrin çoxunun xarici partnyorları ilə debitor və kreditor borcları var. Satış yerləri işləmədiyinə görə yüzlərlə müəssisə müflis olmaq ərəfəsindədir.

Mənə belə gelər ki, yerli istehsal müəsissələrinin və satış yerlərinin açılmasının artıq vaxtıdır”.

Gülşən Şərif

www.yenicag.az

4418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv