Deputat parlament qarşısında güllələndi – VİDEO

Argentinada Konqres binası yaxınlığında deputat güllələnib.

Yenicag.az xəbər verir ki, söhbət Ektor Olivaresidən gedir.

Naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində deputatın özü ağır yaralanıb, yanındakı şəxs isə ölüb.

Qeyd edilir ki, Olivares bu günlərdə futbol xuliqanları ilə mübarizə haqqında qanunun müzakirəsində iştirak edib.