!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat Ramil Həsən 1 illik hesabat verdi - FOTO

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən tərəfindən 2021-ci il fevral ayından 2022-ci il fevral ayına qədər görülmüş işlərlə bağlı HESABAT

Yola saldığımız 2021-ci il dövlətimiz və  xalqımız üçün uğurlu illərdən biri oldu. Bütün dünyada tüğyan edən COVİD-19 pandemiyası bir çox ölkələri iqtisadi cəhətdən çətin durumla qarşılaşdırsa da bizim ölkəmizdə heç bir siyasi-iqtisadi böhran yaşanmadı. İşğaldan azad edilmiş torpaqlarımızın yenidən cənnətə, gülüstana çevrilməsi ilə bağlı çox böyük addımların atılması, həmin ərazilərdə “Ağıllı kənd” layihələrinin həyata keçirilməsi, “Füzuli” Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, Füzuli, Zəngilan rayonlarının, eləcə də Şuşa şəhərinin avtomobil yollarının asfaltlanması və yeni  avtomobil yollarının çəkilməsi hər birimizin gözü önündədir. Biz bütün bunlara qətiyyətli, uzaqgörən siyasi rəhbərin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilik və bacarığı sayəsində nail olduq.

Ötən hesabat dövründə olduğu kimi, 2021-ci ildə də vətəndaşların üzləşdiyi çətinliklərin aradan qaldırılmasında  yerli icra hakimiyyəti orqanları və aidiyyatı qurumlarla birlikdə çalışaraq bir çox məsələlərin  vaxtında və yerində həllinə nail olmuşuq.

Qeyd etmək istərdim ki, millət vəkili olaraq fəaliyyət göstərməyim üçün Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının qərargahının binasında şərait yaradılmış, rayon sakinlərinin qəbul edilməsi təmin olunmuşdur. Hakim partiyanın namizədi kimi parlamentdə təmsil olunduğum üçün fəaliyyətimin ən önəmli istiqamətləri Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətlərinin və Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında son 18 il ərzində qazanılan, müasir dünya tərəfindən qəbul olunan uğurlarının seçicilərim arasında təbliği təşkil edir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq fəaliyyətə başladığım ilk gündən etibarən çalışmışam ki, seçicilərin qaldırdığı məsələlərə diqqətlə yanaşaraq, hər bir vətəndaşın, seçicinin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün əlimdən gələni əsirgəməyim. Seçicilərimlə 2021-ci ildə də sıx əlaqədə olmuş, 132 nəfərin telefon danışığı vasitəsilə, 2021-ci ilin dekabr ayının sonunadək 133 nəfərin, 2021-ci ilin yanvar  ayında 11 nəfər olmaqla, ümumilikdə 144 nəfərin şifahi müraciəti dinlənilmişdir. 2021-ci ilin fevral, aprel, iyul, sentyabr, oktyabr, noyabr, dekabr və 2022-ci ilin yanvar ayı ərzində seçicilərimlə rayon mərkəzində və kəndlərdə 18 dəfə  səyyar görüş keçirilmiş, ümumilikdə  499 nəfərin müraciəti tərəfimdən dinlənilmiş və hər bir seçicinin müraciəti qanunamüvafiq cavablandırılmışdır.  Sosial şəbəkələr vasitəsilə 119 nəfərin, 132 nəfərin isə yazılı müraciəti araşdırılaraq aidiyyatı qurumlara məktublar ünvanlanmışdır.

Əhalinin üzləşdiyi çətinliklər əsasən işsizlik, kəndlərdə su çatışmamazlığı, kənd yollarının narahat vəziyyətdə olması, mavi qaz yanacağı olmayan ərazilərdə (Ucar şəhər Məlikballı Qurban küçəsi, Qulabənd kəndi ərazisində 16 mənzilli pambıqzavod yaşayış binası, Şahlıq kəndi) qaz xəttinin çəkilişi, Tibbi Sosial Ekspert Komissiyasının ərazi idarəsinin fəaliyyəti ilə bağlı olmuşdur. Onu da qeyd edim ki, ötən dövr ərzində qaz çəkilişi ilə bağlı qaldırılmış məsələlərdən biri, Ucar şəhər Məlikballı Qurban küçəsinin qazlaşdırılması 2021-ci ilin oktyabr ayında başa çatdırılmış, Şahlıq kəndinin qazlaşdırılmasına isə 2022-ci ilin yanvar ayından start verilmişdir. Vətəndaşların problemlərinin həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, səlahiyyətim çərçivəsində həll olunması mümkün olanlar icra olunub və …

www.yenicag.az

765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv