!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat: "Sahibkarlıq və onun subyektlərinin hüquqlarının qorunması..."

!Reklam – Yazi

“Sahibkarlıqla medianın birgə fəaliyyəti daha da effektiv nəticə göstərir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin tərəfdaşlığı, “Adalia Agency”nin təşkilatçılığı ilə həyata keçirilən “Sahibkarlıqda Media” Forumunda çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir:

“Məlumdur ki, prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi siyasətin başlıca strategiyasında əsas məqsəd Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Sosial rifahın yüksəldilməsi iqtisadiyyatın digər sahələrinin, xüsusilə sahibkarlığın inkişafından keçir. Ölkə iqtisadiyyatında sahibkarlıq və onun subyektlərinin hüquqlarının qorunması, onların daha da geniş şəkildə iqtisadiyyatda təmsil olunması istiqamətində çox böyük işlər həyata keçirilir.
Bütün bunlarla yanaşı, media da əsas rola malikdir. Bugünkü medianın təsir dairəsi olduqca genişdir. Azad medianın inkişaf etdirilməsində dövlət dəstəyi daim hiss olunur. Hesab edirəm ki, həm sahibkarlığın, həm də medianın birgə fəaliyyəti daha da effektiv nəticə göstərir. Bütün nəaliyyətlərlə yanaşı, cəmiyyətdəki digər neqativlərin üzə çıxmasında, ictimailəşməsində medianın böyük rolu var. Həm cəmiyyət, həm də iqtisadiyyatımız üçün ən önəmli sahələrdən biridir”.

İsmayıl Bakuvi

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv