!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputat vətəndaşları qanunsuz şans oyunlarından UZAQ OLMAĞA ÇAĞIRIR

!Reklam – Yazi

Son zamanlar qanunsuz mərc şirkətlərindən şikayətlər artmaqdadır. Vətəndaşlar iddia edirlər ki, qanunsuz oyunlarda qazandıqları məbləği ala bilmirlər.

Bu hal qanunla necə tənzimlənir və vətəndaş bu zaman nə etməlidir?

Bununla bağlı Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlama verərək vətəndaşları diqqətli olmağa və bu tip qanunsuz oyunlarda iştirak etməməyə səsləyib:

“İnternetdə onlayn qanunsuz şans oyunlarının sayı-hesabı yoxdur. Mənə elə gəlir ki, onların tənzimlənməsi üçün güclü bir mexanizm də mövcud deyil. Bu tip qanunsuz mərc şirkətləri yüksək məbləğli oyun keçirib daha sonra yoxa da çıxa da bilərlər. Onların nə yeri bilinir, nə də əlaqə telefonları var ki, şikayətini bildirəsən”.

Deputat deyib ki, vətəndaşlar Azərbaycanda qadağan olunan qanunsuz şans oyunlarından yayınmalıdırlar:

“İnternetdə tanınmayan-bilinməyən şirkətin təşkil etdiyi oyunda qalib gəlib, daha sonra o pulu ala bilməmək mümkündür. Ona görə də insanlar gərək tanımadıqları, etibarı olmayan qanunsuz şans oyunlarında iştirak etməsinlər. Çünki iştirak edib qalib gəldikləri və əldə edəcəkləri məbləği ala bilmədikdə Azərbaycan dövləti də, deputatı da, hüquq mühafizə orqanları da onlara kömək edə bilməyəcək.

Çünki onlar, bəlkə də, dünyanın elə bir ölkəsindədir ki, onları tapmaq mümkün deyil. Ən azından belə qanunsuz oyunlara qoşulmazdan əvvəl internetdə araşdırma aparb, bu şirkətlər haqda yazılan fikirləri diqqətə almaq lazımdır”.

Qeyd edək ki, tanınmış aktrisa Pərvin Abıyeva sosial şəbəkədə qanunsuz mərc oyunları ilə bağlı gedən müzakirələrdə maraqlı etiraflar edib.
Aktrisa bildirib ki, arada mərc oyunlarında bəxtini sınayır, ancaq “Mostbet” adlı provayder onun udduğu 5 min manatı ödəmir. Qeyd edək ki, bu, “qara bazar”ın təmsilçisi “Mostbet” adlı provayderin külli miqdarda uduşları ödəmədiyi ilə bağlı səslənən ilk fakt deyil.

Bu yaxınlarda Ayaz İkramoğlu adlı vətəndaş da mediaya açıqlamasında bildirib ki, “Mostbet”dən udduğu 156 min manatı ala bilməyib. Çox maraqlıdır ki, bu şirkəti Azərbaycanda bir çox tanınmış simalar reklam edir.

www.yenicag.az

377
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv