!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputata məxsus şirkət qanunu pozdu: Protokol tərtib edildi, iş məhkəməyə göndərildi - FOTO

!Reklam – Yazi

“Embawood” MMC-nin barəsində daha bir cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hüseyn Səfərovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Şirkətin həmtəsisçilərindən biri Milli Məclisin deputatı Məşhur Məmmədov olub.

Xatırlatma: “Embawood”un barəsində daha əvvəl də eyni inzibati xəta ilə bağlı cərimə protokolu yazılmışdı.

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv