!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Deputatdan Azərbaycanın idman siyasəti ilə bağlı maraqlı paylaşım - VİDEO

!Reklam – Yazi

Deputat Ülvi Quliyev sosial media hesabında Azərbaycanın idman siyasətinə həsr olunmuş video paylaşıb.

Videoda deputatın dilindən Azərbaycandakı idman siyasətinin əsas üstünlüklərindən söz açılır, bu siyasətin əsasının dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlılığı vurğulanır:

“Gənclər siyasətimizin əsas istiqamətlərindən biri də idmanımızın inkişafıdır, gənclərimizin sağlam həyat tərzidir. İdman yeganə vasitədir ki, ölkəni, onun rəmzlərini bütün dünyada təmsil edir. Azərbaycan idman ölkəsidir. Bu istiqamətdə dünya miqyasında işlər görülür. Nəticə olaraq idman sürətlə inkişaf edir.

Son vaxtlar Azərbaycanın ev sahibliyi etdiyi dünya çempionatları, Avropa Oyunları, İslam Həmrəylik Oyunları ölkəmizin potensialını, bizim siyasətimizi, imkanlarımızı bütün dünyaya çatdırır. İdmançılar xalqlar və ölkələr arasında xoş münasibətlər yaradır.

Ölkə başçısının bu sahədə apardığı siyasət ölkəmizdə idmanın hərtərəfli inkişafına səbəb olub. İdmanın inkişafı ilə bağlı bütün məsələləri diqqətində saxlamağı, idmançılara qayğısı, onların problemləri ilə daima maraqlanması idmanın inkişafına yüksək töhfələr verib”./Oxu.az/

Video Prezident İlham Əliyevin sözləri ilə başa çatır:

“İdman Azərbaycanda dövlət siyasətidir”.

İdman siyasəti

Gepostet von Ulvi Quliyev am Dienstag, 26. Mai 2020

www.yenicag.az

714
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv