!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatdan ETİRAF: "Ortada qohumbazlıq, yerlibazlıq problemləri var"

!Reklam – Yazi

“Bu gün elm adamları elmlə məşğul olmur. Bu, ölkədə artıq bir növ ənənəyə çevrilib. Pis ənənənin əsasını isə vaxtilə Əli Həsənov qoyub. O, həm Adminstrasiyada şöbə müdiri, həm də Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri idi. Ramiz Mehdiyev də həmçinin. Bu məsələni belə formalaşdırıblar. Bu gün də belə hallar çox saydadır…”.

Yenicag.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a Milli Məclisin deputatı Etibar Əliyev deyib.

O, bildirib ki, bu gün də siyasi vəzifə tutanların əksəriyyəti həm də elm sahəsində çalışır, bu isə düzgün deyil:

“Ən dəhşətlisi isə odur ki, bu adamların dərslərini başqa adamlar deyir. Tələbə görür ki, dərs deyən müəllim başqasıdır, proqramda başqa şəxsin adı yazılıb, amma gəlib cavan bir magistr onlara dərs keçir. Söhbət burada ənənədən gedir. Artıq bu hər kəsə qeyri-adi təsir bağışlayır. Kimsə parlamentin üzvüdürsə, o yalnız bu işlə məşğul olmalıdır, parlament fəaliyyəti çox geniş fəaliyyət növüdür. Gedib hansısa universitetdə kafedra müdiri vəzifəsini saxlamaq lazım deyil. Elə universitetlər var ki, kənar yerdən vəzifədə işləyən birini gətirib rəhbər qoyurlar. Bu, kafedraya da hörmətsizlikdir. Biz artıq 21-ci əsrin 2024-cü ilinə yaxınlaşırıq, bu cür məsələlərə son qoyulmalıdır!”

Millət vəkili qeyd edib ki, Qarabağ Müharibəsindəki qələbədən sonra elm sahəsində də neqativ hallar aradan qaldırılmalı və ölkədə təhsil inkişaf etdirilməlidir:

“Məsələ təkcə bununla da bitmir, ortada qohumbazlıq, yerlibazlıq problemləri var. Əgər söhbət təhsil müəssisəsindən gedirsə, bu cür mənfi ənənələr yığışdırılmalıdır. Alim tədqiqat aparırsa, o başqa işlə məşğul ola bilməz. Əgər tədqiqat gedirsə, o, müəyyən qrantla işləyə, özünü dolandıra bilər, ya da ki, tədqiqatı qoyub çıxıb getməlidir ki, mən siyasi vəzifə tuturam. Birini seçməlidir.

Biz hələ ali təhsil mühitini formalaşdıra bilmirik. Bunu bilərəkdən insanlar törədir. Biz bəzən böyük bir dəyəri bir şəxsə qurban veririk. Mən adam tanıyıram ki, 20 ildir universiteti idarə edə bilmir, universitet çöküb, ancaq universitetdə baş verən neqativ halları, düşdüyü acınacaqlı duruma yüksək rəhbərliyə çatdırmaq istəmirlər. Böyük bir müharibədə qələbə çalmışıq. Bu cür ölkənin elm və təhsili sürətli inkişaf yoluna qədəm qoymalıdır. Biz bu qələbəni həm də insan kapitalına çevirməliyik. Elm və təhsildə bütün neqativ halları yığışdıraraq dünyanın aparıcı ölkələri ilə rəqabətə daxil olmalıyıq”.

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv