Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatdan həftəsonu ictimai nəqliyyatla bağlı TƏKLİF: “Səhər saatlarından axşam 20-00-dək...” / VİDEO

“Şənbə günləri işləyənlərin bir qismi üçün həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərməməsi ciddi çətinliklər yaradır”.

Yenicag.az xəbər verir ki, bunu həftəsonları ictimai nəqliyyatının işləməməsinə münasibət bildirən deputat Vüqar Bayramov deyib.

O, qeyd edib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpası məqsədəuyğun olardı:

“Son həftələr əksər ölkələrdə, o cümlədən, Azərbaycanda virusa yoluxanların sayında artım müşahidə olunsa da, dövlətlərin pandemiya ilə mübarizə tədbirləri bir-birindən fərqlənir.

Ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən qadağalardan biri də həftəsonları ictimai nəqliyyatın işləməməsidir. Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda həftəsonları ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlərini ölçə bilən konkret metodlar yoxdur.

Bir sıra inkişaf etməkdə olan ölkələrin praktikasını nəzərə alsaq, pandemiya dövründə qeyri-iş günlərində ictimai nəqliyyat fəaliyyətini dayandırmır, sadəcə, müddəti qısa olur.

Məsələn, həftəsonları ictimai nəqliyyat gecəyarısınadək deyil, səhər saatlarından axşam 20-00-dək işləyə bilər. Xüsusilə də, günün aktiv saatlarında nəqliyyatın işinin bərpası daha məqsədəuyğun olardı. Bu, həftəsonları müşahidə olunan nəqliyyat probleminin həllinə gətirib çıxara bilər”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

228
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100