Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.
Yenicag.az xəbər verir ki, bunu açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.
O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-də saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.
Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi./Report/