!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatın “matəm günləri” təklifinə REAKSİYA: “Bizə qələbə sevinci yaşadanların ailələrini...”

!Reklam – Yazi

“Dünyanın hər yerində vətəni uğrunda canından keçənlərin yad edilməsi üçün təqvimdə xüsusi günlər ayrılıb”.

Bu fikirləri Milli Məclisin oktyabrın 2-də başlayan payız sessiyasının ilk plenar iclasında çıxış edən deputat Fazil Mustafanın matəm günlərinin təqvimdən çıxarılmasına dair təklifinə münasibət bildirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, təqvimdə adı “matəm” olmasa da, yaddaşlarda qalan bir gün mütləq olmalıdır:

“Bəli, Azərbaycan qalib dövlətdir, lakin bu qalibiyyəti elə-belə, asanlıqla qazanmamışıq. Qələbəmizi igid övladlarımızın qanı-canı bahasına əldə etmişik.

Bizə qələbə sevinci yaşadanların ailələrini də düşünmək lazımdır. Biz həmin ailələrin acısına acı qataraq matəm günlərini təqvimdən necə çıxaraq? Dünyanın hər yerində vətəni uğrunda canından keçənlərin yad edilməsi üçün təqvimdə xüsusi günlər ayrılıb.

Bizdə niyə çıxarılmalıdır? Adı “matəm” olmasa da, yaddaşlarda qalan bir gün mütləq olmalıdır. Belə günləri yaddaşdan silmək olmaz”.

Nəsimi Ələsgərli

www.yenicag.az

396
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv