Deputatın oğlu restoranda döyüldü

Ukrayna Ali Radasının deputatı Nestor Şufriçin oğlu Aleksandr Kiyevdə döyülüb.

Hadisə ötən gecə paytaxtda yerləşən restornların birində baş verib.

Müxalifət fraksiyasından olan millət vəkilinin oğlu hazırda xəstəxanadadır. Aleksandr baş və bədənin müxtəlif nayihələrindən xəsarət alıb.

Deputat oğlu bildirib ki, onu döyənlər özlərini polis kimi təqdim edib.

Hadisə ilə bağlı iki şübhəli şəxs saxlanılıb.(Trend)

COP29