Deputatlar bu gün 21 məsələni müzakirə edəcəklər – RƏSMİ

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Yenicag.az-ın məlumatına görə, iclasda İnzibati Xətalar Məcəlləsində, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Mülki Prosessual Məcəlləsində, Əmək Məcəlləsində, o cümlədən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Məktəbəqədər təhsil haqqında” və digər qanunlara əlavə və dəyişikliklər ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 21 məsələ daxildir.