!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlar Rumıniyaya səfər edəcəklər

!Reklam – Yazi

Milli Məclisin nümayəndə heyəti sentyabrın 26-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev, qrupun üzvləri Ağalar Vəliyev və Elman Məmmədov yer alıb.

Səfər çərçivəsində deputatlarımız Xorvatiya parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və digər deputatlarla görüşəcəklər.
Görüşlərdə parlamentlərarası əlaqələrin və ikitərəfli münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.

Sentyabrın 28-də nümayəndə heyətimizin Konstansa şəhərinə səfəri və orada diaspor nümayəndələri ilə görüşü də nəzərdə tutulub.

Səfər sentyabrın 29-da başa çatacaq.

www.yenicag.az

412
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv