Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Deputatlar yenə toplanır - İclasın gündəliyi

Reklam: High Technic

İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.

Yenicag.az xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı və 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi barədə müzakirə aparacaqlar.

Həmçinin “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” sazişin təsdiqlənməsi barədə qanun layihəsini müzakirəyə çıxaracaqlar.

Daha sonra isə cari məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Loading...

www.yenicag.az

382