!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatları da dilə gətirən çərlədici TIXAC: “Bakıya giriş yolunda daralma davam etdiyi müddətdə...”

!Reklam – Yazi

“Bakının mərkəzində mövcud olan 4-5 zolağın 2-3 zolağa çevrilməsi nəticəsində şəhərin daxilinə axımın qarşısı alınır”.

Bu fikirləri günün pik saatlarında Bakı-Sumqayıt yolunda yaranan davamlı tıxac probleminin mümkün həlli yolları haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, şəhərə daxil olan zaman yol zolaqları azalmalı deyil, genişləndirilməlidir:

“Bakı-Sumqayıt yolu haqqında bir çox mütəxəssis fikir söyləyib və bəzi dövlət qurumları da müəyyən tədbirlər həyata keçirib. Lakin bu irimiqyaslı və küllü miqdarda investisiya tələb edən bir məsələdir.

Onu vurğulayım ki, günün pik saatları, xüsusilə, səhər saatlarında Sumqayıtdan Bakıya çatanda, avtovağzalın qarşısında, Bakının giriş hissəsində zolaqların sayı azaldıqca, sıxlıq və tıxac müşahidə olunur.

Təklif edərdim ki, gələcəkdə Biləcəri qəsəbəsindən 9-cu mikrorayona birbaşa çıxan yol çəkilsin. Bu, həmin yolda sıxlığın azalmasına müsbət təsir göstərə bilər. Şəhərə daxil olan zaman zolaqların sayı azalmalı deyil, genişləndirilməlidir. Dediyim kimi, bu da küllü miqdarda investisiya tələb etdiyindən, Bakının Baş planında belə bir layihənin nəzərdə tutulub-tutulmadığını dəqiq bilmərəm.

Zolaqların sayı azaldıqca daralma effektinin yaranması, Bakının mərkəzində mövcud olan 4-5 zolağın 2-3 zolağa çevrilməsi nəticəsində şəhərin daxilinə axımın qarşısı alınır. Bakıya giriş yolunda daralma davam etdiyi müddətdə bu problem daim yaşanacaq.

Hər hansı bir zolağı çəkərək sərnişin daşınmasının oraya yerləşdirilməsi ilə bu tıxacın qarşısını almaq mümkün deyil. İntizamsız sürücülərə tətbiq olunan cərimələrə rəğmən, bu problem davam edəcək. Şəhərə daxil olan yolun genişləndirilməsi tikinti qaydalarına uyğun tətbiq olunmayana qədər tıxac problemi aradan qalxmayacaq.

İsmayıl Bakuvi

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv