54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbili Şabran rayonundan olan seçicilərlə bir araya gəlib.
Yenicag.az xəbər verir ki, Natiq Nəbili seçki qərargahı yaxınlığındakı parkda dincələn seçicilərlə ayaqüstü söhbətdən sonra onlarla çay süfrəsi arxasında əyləşib.
Səmimi ortamda keçən görüşdə Natiq Nəbili platformasını seçicilərlə bölüşüb, sakinlərin arzu və təkliflərini dinləyib.
Seçiciləri 9 fevralda keçiriləcək seçkilərdə fəal iştiraka səsləyən Natiq Nəbili sandıqdan xalqın seçəcəyi şəxsin çıxacağına əminliyini ifadə edib.
Daha sonra Natiq Nəbili seçiciləri geniştərkibli görüşə dəvət edib.