Deputatlığa namizədlərin sayı açıqlandı

“Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.

Azərbaycanda namizədliyi qeydə alınan 246 namizəd siyasi partiyaların siyahıları ilə irəli sürülüb.

Namizədlərdən 1 057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır.

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün 122 nəfərin namizədliyini irəli sürüb.

Onun sözlərinə görə, Müsavat Partiyası tərəfindən 23, Ümid Partiyası tərəfindən 19, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 13 nəfər, Vahid Azərbaycan Partiyası tərəfindən 12 nəfərin namizədliyi irəli sürülüb.

COP29