!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dərdini məzara aparan BƏSTƏKAR: “Xəstə yatağında məndən bir istəyi oldu”

!Reklam – Yazi

“Dərdini içində çəkirdi. Onu üzən oğul dərdi idi ki, bu dərd Şəfiqə xanım üçün ağır idi”.

Bunu bu gün anım günü olan Şərqdə ilk opera yazan qadın bəstəkar, eləcə də saysız-hesabsız musiqilərin müəllifi Xalq artisti Şəfiqə Axundovanı yad edərkən Xalq artisti Gülyanaq Məmmədova Yenicag.az-a açıqlamasında deyib.

Şəfiqə Axundova ilə ana-bala münasibətləri olan sənətçi bəstəkarı kövrələrək xatırlayıb:

“Əsrlər keçəcək, biz də köçəcəyik bu həyatdan, amma Şəfiqə Axundovanın o bənzərsiz musiqiləri tarixdə, yaddaşlarda qalacaq. Bitib-tükənməyən arzuları var idi, amma arzularından da böyük dərdi var idi. Onu bu dünyadan o dərd apardı. Bununla belə çox pozitiv, həyatsevər, özünə fikir verən xanım idi, dərdini başqalarına yükləməyi sevməzdi. Dərdini içində çəkirdi. Onu üzən oğul dərdi idi ki, bu dərd Şəfiqə xanım üçün ağır idi. Amma öz dərdi ilə heç kimi yorub, heç kimi peşman etməzdi.

Ömrünün son günlərinə qədər yanında, başının üstündə olmuşuq. Gözünü açan kimi deyirdi ki, Gülyanaq mahnılarımdan birini oxu, qulaq asım. Musiqiləri onu xoşbəxt edirdi. Həmişə də deyirdi ki, mahnılarım mənim balalarımdır. Onun bir notuna xələl gətirəndə qəlbimi incidir. Gülyazla mənə silsilə mahnılar həsr etmişdi. Yadımdadır ki, o mahnıların hər oranjemanı zamanı yanımızda olardı və deyərdi ki, heç bir əlavə not olmasın, bu mahnının notları ürəyimin dərinliyindən süzülüb gələn notlardır, ona xələl gəlməsini istəmirəm. “Gəl ey səhər”, “Bu dünyanı düşün”, “Oda”, “Ana” mahnısını məxsusi olaraq mən və Gülyaz xanım üçün bəstələmişdi, həmişə o mahnıları dinləmək istəyirdi. Deyirdi, o birilərini onsuz da hamı oxuyur, bu musiqiləri siz tez-tez oxuyun ki, mən dinləyim. Amma “Bu dünyanı düşün” mahnısını o qədər ağrı-acı ilə yazmışdı ki, amma heyf onu eşitmək ona qismət olmadı. Nə söz müəllifi Nurəngiz Günə qismət oldu, nə də Şəfiqə xanıma. Onlar dünyasını dəyişəndən sonra Gülyazla mən onların arzularını gerçəkləşdirdik. Şəfiqə xanımın xatirəsi həmişə bizə əzizdir. Onu həmişə evimizə gətirirdim, günaşırı yanına gedirdim. Bir gün yubananda deyirdi hardasız, niyə məni yaddan çıxarmısız?Şəki ləhcəsi ilə danışırdı həmişə. Bizim ana-bala sevgimiz danılmazdır. Xoşbəxtəm ki, belə bir unudulmaz bəstəkar və gözəl xanımla yaxın münasibətlərimiz olub”.

Cəvahir

www.yenicag.az

611
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv