Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Dərhal atəşkəs" deyənlər 30 il haradaydılar?" - Türkiyə MM naziri Akardan sərt açıqlama

Azərbaycanın başladığı hərbi əməliyyatlara Türkiyədən dəstək gəlməyə davam edir.

Yenicag.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın vəziyyəti gərginləşdirməsilə Azərbaycan ordusnun əks-hücuma keçməsindən sonra “atəşkəsi bərpa edin” çağırışı edən beynəlxalq qurumlara sərt cavab verib.

“Sülh çağırışı edənlər”, “atəşkəs elan edin” deyənlər, dialoqu indi xatırlayanlar Dağlıq Qarabağ ilə Azərbaycanın 20 faizi işğal altında ikən, Xocalıda vandallıqla, haq-hüquq tanımadan uşaq, qadın yaşlı demədən minlərlə günahsız insan öldürülərkən, milyonlarla insan evindən didərgin düşərkən 30 il boyunca harada idilər?

Türkiyə və Azərbaycan arasındakı münasibət “iki dövlət, tək millət” münasibətidir. Kədər və sevincdə bir və bərabərik. Bu gün də azərbaycanlı qardaşlarımızın öz torpaqlarını müdafiə etmələrində yanlarındayıq. Ermənistan dərhal hücumlarını dayandırmalı, xarici ölkələrdən gətirdikləri muzdlu əsgərləri, terrorçuları geri göndərməli və işğal etdikləri Azərbaycan torpaqlarını boşaltmalıdırlar. Beləliklə, sülhün önü açılmalıdır”, – deyə Akar bildirib.

www.yenicag.az

380