Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Dəri xərçənginin əlacı tapıldı

Ən ölümcül dəri xərçəngi növü olan melanoma artıq kabus olmayacaq.

Yenicag.az xəbər verir ki, avstraliyalı araşdırmaçılar melanoma xərçənginin inkişafını dayandıraraq, digər orqanlara yayılmasının qarşısını ala biləcək üsul kəşf ediblər.

12 ay davam edən sınaqlar zamanı məlum olub ki, xəstəliyin yuxarı dərəcəsində sadəcə 2 dərmandan ibarət kombinasiyadan istifadə etmək həyat qurtara bilər. Belə ki, bu üsul xərçəngin yayılmasına yol açan Braf geninin inkişafını dayandırmağa qadirdir. COMBI-AD adı verilən yeni üsul üçüncü mərhələyə çatmış melanoma xərçənginin yenidən meydana gəlməsinin də qarşısını ala bilir. Bununla da xəstənin bu bəladan qurtulmaq şansı artır.

Müalicənin ikinci mərhələsində isə immun sistemi gücləndirilərək, melanoma hüceyrələrinin məhvi prosesi başlayır.

www.yenicag.az

810
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS