!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəri xərçənginin qarşısını alan dərman hazırlandı

!Reklam – Yazi

Moffitt Xərçəng Mərkəzinin və ABŞ-nin Stenford Universitetinin alimləri dəri xərçənginin qarşısının alınmasında təsirli olan NFX-179 dərmanını hazırlayıblar.

Yenicag.az xəbər verir ki, araşdırmanın nəticələri “Science” jurnalında dərc olunub.

Skuamöz hüceyrəli dəri xərçəngi (SCC) dərinin epidermisinin və ya saç follikullarının epidermisinin epitelial hüceyrələrindən (keratinositlər) əmələ gələn dərinin bədxassəli şişidir. Dəri xərçəngin ən çox görülən ikinci növüdür.

Xəstəliyin inkişafının qarşısını alan dərmanlar var, lakin onların yan təsirləri ola bilər.

Tədqiqatçılar MEK inhibitoru olan NFX-179-u yaradıblar. NFX-179 dəriyə tətbiq olunacaq kremdir. Epidermisin yuxarı və aşağı təbəqələrinə nüfuz edərək yüksək effektivliyi qoruyur.

Alimlər siçanlar üzərində bir sıra preklinik təcrübələr aparıblar və NFX-179-un yeni dəri skuamöz hüceyrəli karsinoma riskini 92% azaltdığını aşkar ediblər. Bundan əlavə, dərman ciddi yan təsirlərə səbəb olmayıb./unikal

 

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv