!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə nazirinin müavini: “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilərsə, dərmanların çeşidi artacaq” - YENİLƏNDİ

!Reklam – Yazi

“Əminik ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklər qəbul olunarsa, dərman vasitələrinin çeşidi artacaq”.

Yenicag.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Nazir müavini bildirib ki, dəyişiklikdən sonra dərmanların qiymətlərinin aşağı düşüb-düşməməsi barədə nəsə deyə bilməzlər.

“Bilirik ki, pandemiya dövründə təchizat zəncirində yaranan problemlər dünyada bütün sahələrdə qiymət artımına səbəb olub. Bu da istər-istəməz dərman vasitələrinin maya dəyərinin artmasına səbəb olub. Yəni, dərman vasitələrində istifadə olunan xammalın dünya üzrə ciddi sıxıntısı var. Belə olan halda bütün dünyada qiymət artımı varsa, hansı azalmadan danışmaq olar?!”, – R.İsmayılov bildirib.

O qeyd edib ki, qiymətlər tənzimlənən zaman bazarda rəqabət mühiti yaranacaq:

“Bu da istər-istəməz qiymətin aşağı düşməsinə səbəb ola bilər. Əgər qiymətlər reallığa uyğun tənzimlənməsə bazarda ciddi fəsadlar görə bilərik. İdxalçı şirkətlər qiymətləri öz biznes standartlarına uyğun qurmasa idxalı dayandırar. Mütəmadi şəkildə idxalçılarla müəyyən dərmanların ölkəyə gətirməmələrinin səbəblərini öyrənirik. Məlum olur ki, qiymətlər real bazara uyğun olmur və ölkəyə dərman vasitələri gətirilmir”.

“Tarif Şurası da Səhiyyə Nazirliyinin təkliflərinə əsasən dərmanların qiymətlərinə yenidən baxır. Az riskli ssenariyə gəlincə, misal olaraq hər hansı şirkət real gəlirləri hesablamadan, yaxud əvvəlki gəlirləri hesablayaraq idxalı davam etdirir. Belə şirkətlər isə qısa müddətdə iflasa uğrayar. Təbii ki, bu, daha böyük riskdir. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda çox sayda dərman idxalçısı iflasa uğrasa bazarda onların yerini tutmaq üçün növbəti şirkətlərin ayağa qalxması üçün təxminən 2-3 il vaxt lazımdır. Əlaqələrin qurulması və etimada böyük vaxt sərf edəcəklər. İdxalçılarla mütəmadi görüşürük. Bildirirlər ki, sifarişləri əvvəldən, haradasa 3-6 ay əvvəl vermək lazımdır”, – nazir müavini vurğulayıb.

***

14:02

“Dərman alıcının seçimi yox, həkimlərin, təəssüf ki, bəzi hallarda əczaçının tövsiyəsi əsasında olur. Tənzimlənmə isə bu kimi sui-istifadələrin qarşısını alır”.

Yenicag.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

Nazir müavininin sözlərinə görə, dərmanların qiymətlərinin tənzimlənməsi eyni metodla həyata keçirilir:

“Dərmanlara əmtəə kimi baxdıqda bu fərqlənir. Ölkədə olan dərman qiymətlərini başqa ölkə ilə müqayisə etdikdə nəzərə almaq lazımdır ki, həmin preparatlar həmin ölkənin öz istehsalıdır ya yox”.

R.İsmayılov əlavə edib ki, hər bir ölkənin dərman vasitələri üçün vergi faizləri də fərqlidir:

“Müqayisə edilən ölkənin əhali sayına da fikir vermək lazımdır. Bu da ölkə sifarişlərinə təsir edir. Qiymətlər də hər bir ölkəyə görə fərqli təyin olunur. Daxili istehsalı olan ölkəyə təyin edilən qiymətlərdə başqa olur”./Report

www.yenicag.az

149
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv