!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərman aludəçilərinə XƏBƏRDARLIQ: Bu tərkibli preparatlar... - ARAŞDIRMA

!Reklam – Yazi

İngiltərənin London Universitet Kolleci (UCL), Sausempton, BAS və Bristol universitetləri Milli Səhiyyə Xidmətində (NHS) geniş şəkildə istifadə olunan amitriptilin, duloksetin, fluoksetin, sitalopram, paroksetin və sertralin dərmanlarını detallı şəkildə araşdırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar zamanı milyonlarla insana son illərdə xroniki ağrılar üçün heç bir faydası olmayan antidepresantların satıldığı məlum olub.

Aparılan araşdırmaların nəticəsi haqqında danışan Sausempton Universitetinin tədqiqat qrupunun rəhbəri, professor Tamar Pincus antidepresan dərmanların xroniki xəstəliklər üçün faydalı olacağına dair heç bir sübutun olmadığını bildirib.

O, xroniki xəstəlikləri qlobal sağlamlıq problemi hesab edib:

“Xroniki xəstəliklər qlobal sağlamlıq problemidir. İnsanların təxminən dörddə biri xroniki ağrılardan əziyyət çəkir və onların müalicəsi üçün kifayət qədər elmi dəlil olmadan və uzunmüddətli sağlamlıq təsirləri sübut edilməmiş antidepresantlar təyin edilir”.

Sadiq Cavadov

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv