!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəxsi istifadə üçün dərman vasitəsini belə gətirə bilərsiniz- YENİLƏNDİ

!Reklam – Yazi

Azərbaycana şəxsi istifadə üçün dərmanın gətirilməsi ilə bağlı yeni qayda müəyyənləşir.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmayan dərman vasitələrini, həmçinin bu qanunun 9.6-cı maddəsində qeyd olunan dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.

Bundan başqa, ölkəmizə dərmanlar pasiyentin sifarişi əsasında yalnız reseptdə yazılan miqdarda gətiriləcək.

Dəyişikliklə qanunun 12-1.6-cı maddəsində nəzərdə tutulan qaydada təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə biləcəklər.

Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla ölkə ərazisində satışı qadağandır.

Dərman vasitələrinin gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 215.1-ci maddəsinə əsasən məhdudiyyətlər müəyyən edilə bilər.

Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

***

12:09

Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.

Həmçinin, tibb müəssisələrinin dərman satışı ilə bağlı yeni qadağa müəyyən edilir. Dəyişikliyə əsasən, tibb müəssisələri üçün qablaşdırılmış dərman vasitələrinin bu Qanunun 4.6-cı maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq yalnız topdansatış qiymətlərinin yuxarı həddi tənzimlənir və həmin dərman vasitələrinin pərakəndə satışı qadağan olunur.

Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

***

12:06

Azərbaycanda qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılması qadağan olunur.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.

Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

***

11:59

Azərbaycanda elektron reseptlər tətbiq ediləcək.

Yenicag.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub.

Müzakirələrdən sonra məsələ III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv