!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərmanların EFFEKTİVSİZLİYİ: "Həblərin keyfiyyəti məsələsi parlament səviyyəsinə qalxırsa..." - AÇIQLAMA

!Reklam – Yazi

“Əgər dərmanların keyfiyyəti Milli Məclis səviyyəsinə qalxırsa, deməli, ciddi problemlər var”.  Bu fikirləri dərmanların qiymətinin yüksək olması ilə bağlı parlamentdə aparılan müzakirələrə münasibət bildirən professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi tədbir görməlidir:

“Təəssüflər olsun ki, bu cür faktlar var. Dərmanların keyfiyyət parametri milli təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, dərmanlar beynəlxalq standartlara və texniki şərtlərə uyğun olmalıdır. Ən əsas da tərkibi ictimaiyyətə açıq olmalıdır. Bəzən dərmanın üstündə göstərilən ölkə ilə istehsalat ölkəsi tamam fərqli olur. Dərmanların Türkiyədən idxal edilməsi daha məqsədəuyğundur. Təhlükəsizlik baxımından da Türkiyəyə güvənmək olar”.

Şahanə Paşa

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv