!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərmanların “TAVANA” dirənən QİYMƏTİ – Yeni qanun layihəsi vətəndaşların ürəyinə su səpəcəkmi?

!Reklam – Yazi

“Ölkəyə ancaq Azərbaycanda istifadəsinə icazəsi olan dərmanlar gətirilməlidir. Bunun üçün ictimaiyyətə açıq reyestr olmalıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dərman vasitələri haqqında” qanuna dəyişiklikləri şərh edərkən tibbi ekspert Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

 

O, yerli istehsallı dərmanlara üstünlük verilməsinin bazarda qiymətlərə müsbət təsir edəcəyini bildirib:

“Gündəlik həyatımızda çox geniş istifadə edilən dərmanların 30%-nin Azərbaycanda istehsalı daha məqsədəuyğundur. Bunlar, əsasən qan təzyiqini endirən, antibakterial və spazmalitik preparatlardır.

Yerli dərman istehsalı həm icbari tibbi sığorta paketinin yükünün azaldılması, həm də əhalinin əlçatanlığı üçün səmərəlidir. Həmçinin, yerli istehsallı dərmanlara üstünlük verilməsi bazarda qiymətlərdə xeyli yüngüllük yarada bilər.

Mürəkkəb strukturlu, molekulyar biologiyanın ən müasir nailiyyətləri ilə əldə edilən dərmanlar qanuni yollarla ölkəyə idxal edilməlidir. Mübadilə yolu ilə gətirilmiş preparatlar dövlətin güzəştli paketi ilə əhaliyə satıla bilər.

Əsas məsələ ölkəyə ancaq Azərbaycanda istifadəsinə icazəsi olan dərmanların gətirilməsidir. Bunun üçün ictimaiyyətə açıq reyestr olmalıdır. Əgər reyestrdə o dərman yoxdursa, onun istifadəsi ölkədə qadağan edilməlidir. Bu əsas şərtlərdən biridir. Digər tərəfdən, hər hansı bir dərman preparatının müalicə məqsədilə ölkəyə daxil edilməsi həmin reseptdə olan miqdar çərçivəsində olmalıdır”.

Sadiq Cavadov

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv