Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ - FOTO

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 21-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:50-də VII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika; 11:30-da IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:05-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:45-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:20-də I siniflərə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri, 13:45-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:05-də I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VII sinif – Rus dili, Riyaziyyat, Fizika, 15:10-da IX sinif şagirdlərinə Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

www.yenicag.az

259