!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dərslər oktyabrdan başlayacaq? - DİM-dən müəmmalı açıqlama

!Reklam – Yazi

Azərbaycanda yeni tədris ilində dərslərin əyani, yoxsa distant formada keçiriləcəyi ilə bağlı müəmma davam etdiyi bir zamanda Dövlət İmtahan Mərkəzinin (DİM) açıqlaması yeni suallar doğurub.

Yenicag.az xəbər verir ki, ölkədə tədris ili 15 sentyabrdan başlayır. Lakin DİM-in ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərə müraciəti tədris ilinin 15 sentyabrdan başlamayacağı şübhələrini artırıb.

Belə ki, DİM ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərə müraciət edərək onların sentyabrın 7-dən 20-dək qəbul olunduğu təhsil müəssisəsi üzrə elektron qaydada qeydiyyatdan keçməli olduğunu bildirib.

Yeni tədris ili 15 sentyabrdan başlasa da, abituriyentlərin ali təhsil müəssisəsinə qeydiyyat prosesinin 20 sentyabradək davam etməsi təəccüb doğurur.

Buradan məntiqi olaraq belə qənaətə gəlmək olar ki, ölkədə yeni tədris ilinin oktyabrdan başladılması planlaşdırılır. Əks təqdirdə, ali təhsil müəssisələrinə qeydiyyat prosesi sentyabrın 15-dək sona çatdırılmalı və tələbə adını qazanmış abituriyentlər bu tarixdən dərslərə başlamalı idilər.

www.yenicag.az

1353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv