Dərslər sentyabrın 18-də başlayacaq? – Nazirlikdən açıqlama

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov yeni tədris ilində dərslərin sentyabrın 18-də başlayacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, o, bunun doğru olmadığını qeyd edib:

“Bir çox saytlarda dərslərin 18 sentyabrda başlaması ilə bağlı yanlış xəbərlər yer alır. Ölkəmizdə hər il olduğu kimi “Bilik günü” sentyabrın 15-də qeyd ediləcək. Və əlavə olaraq, bu il məktəblərə bütün siniflər üzrə 1.445.049 şagird gedəcək”, deyə qurum rəsmisi bildirib.

COP29