Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri müraciətinin vaxtı sentyabrın 30-dək uzadılıb.
Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir. Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığını, dəqiqliyini, habelə inkişaf, tərbiyə baxımından, dəyəryönümlülüyünü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğunu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər.