Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Dərsliklərlə bağlı müraciətin vaxtı uzadılıb

Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri müraciətinin vaxtı sentyabrın 30-dək uzadılıb.
Bu barədə Yenicag.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir. Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığını, dəqiqliyini, habelə inkişaf, tərbiyə baxımından, dəyəryönümlülüyünü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğunu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər.
Mütəxəssis xidmətləri bu fənlər üzrə tələb edilir: Azərbaycan dili (tədris dili), Azərbaycan dili (dövlət dili), ədəbiyyat, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, həyat bilgisi, kimya, fizika, biologiya, coğrafiya, texnologiya, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, alman dili, ingilis dili, fransız dili, rus dili (tədris dili), russkiy yazık (inostrannıy yazık), literatura, matematika, informatika, istoriya Azerbaydjana, vseobşaya istoriya, ximiya, poznanie mira, fizika, bioloqiya, qeoqrafiya, texnoloqiya, izobrazitelnoe iskusstvo, muzıka, fiziçeskoe vospitanie, doprizıvnaya podqotovka.
Müraciət edən şəxslər fənni göstərmək şərti ilə öz qısa avtobioqrafiyasını (CV) sentyabrın 30-dək [email protected] elektron poçtuna göndərə bilərlər. Maraqlananlar əlavə məlumatı iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan ala bilərlər: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, əlaqələndirici şəxs Vüsalə Firdovsi qızı Əliyeva, E-poçt: [email protected]

 

www.yenicag.az

307