!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyərdən düşən RƏQƏMSAL PULLAR: Ona olan güvən sarsıla bilərmi? - EKSPERT

!Reklam – Yazi

Artıq bir neçə gündür ki, kriptovalyuta bazarı dəyər itirməkdə davam edir. Hətta son 24 saatda onun $1 milyarddan çox dəyər itirdiyi bildirilir.

Rəqəmsal aktivlərin kəskin şəkildə dəyər itirməsi ona olan güvəni sarsıda bilərmi?

Məsələ ilə bağlı maliyyə məsələləri üzrə ekspert Elnur Quliyev Yenicag.az-a açıqlamasında kriptovalyuta bazarındakı qiymət düşməsinin əslində onu almaq üçün yeni bir fürsət olduğunu deyib.


O, yaxın gələcəkdə qiymətlərin yenidən artımı üçün 2 amilin vacib olduğunu vurğulayıb:

“Azərbaycanda kriptovalyutalara münasibət əvvəldən birmənalı deyildi. Kriptovalyutaların elə mahiyyəti budur ki, qiyməti çox volatildir və kriptoinvestorlar zamanla buna alışqan olublar. Odur ki, qiymətin düşməsi və ya qalxması rəqəmsal aktivlərə inama elə də güclü təsir etmir. Alan alıb və gözləməyi bacarmalıdır. Digərləri isə qiymət düşməsindən istifadə edib onu almaq istəyəcək. Qısaca olaraq qeyd edim ki, hər qiymət düşməsi əslində kriptovalyuta almaq üçün yeni bir fürsətdir.

Böyük ehtimal ki, yaxın gələcəkdə qiymətlərin yenidən artımını müşahidə edəcəyik. Bunun üçün 2 fundamental hadisə baş verməlidir: ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) uçot faiz dərəcəsini endirməli və SEC dünyanın ən böyük investisiya nəhənglərindən biri olan BlackRock-un “spot bitcoin ETF”-i üçün müraciətinə müsbət qərar verməlidir”.

Sadiq Cavadov

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv