!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyirmi masada deputatın gözlənilməz XAHİŞİ: "Çıxışım televiziya kanalları və onlayn mediada yayımlanmasın"

!Reklam – Yazi

Bu gün Sosial Tədqiqatlar Mərkəzində “Böyük millət – güclü dövlət: müasir Azərbaycanın yeni ideoloji xətti” mövzusunda keçirilən dəyirmi masada Milli Məclisin deputatı, Elm və Təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlının çıxışından öncə xahişi olub.

Yenicag.az xəbər verir ki, tədbirdə iştirak edən media nümayəndələrinə müraciət edən deputat Musa Qasımlı çıxışının televiziya kanalları və eləcə də onlayn mediada yayımlanmamasını xahiş edib. Musa Qasımlı sadəcə şəkilindən istifadə edilməsini istəyib. O, çıxışında siyasi deyil, ideoloji yanaşmaya üstünlük verəcəyini qeyd edib.

Deputat öz çıxışında Azərbaycanın güclü dövlət olmaq yolunda keçdiyi çətinliklərdən bəhs edib və bildirib ki, dövlət hər zaman ədalətli qanunlarla qurulur. Modernləşməyən dövlət heç zaman rəqabətə tab gətirə bilməz. Dövlət inkişaf etmirsə, güclü ola bilməz və hədəfinə çata bilməz. Yenilənmə həmişə özü ilə inkişaf gətirir. Vətən müharibəsindəki qələbəni Prezident İlham Əliyevin rəhbərliyi ilə millətimiz qazandı. Bizim inkişafımızın əsas səbəbi sabitliyimizin olmasıdır.

Deputatın Azərbaycanın yeni ideoloji xətti ilə bağlı çıxışının mətbuatda işıqlandırılmaması ilə bağlı xahişi isə maraq doğurub.

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv