!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyişən hava şəraitinin kənd təsərrüfatına mümkün təsirləri: Qiymət artımı gözlənilir? - AÇIQLAMA

!Reklam – Yazi

Bildiyimiz kimi, ötən həftədən bəri hava kəskin sürətdə dəyişib. Şübhəsiz ki, may ayının bu qədər küləkli və yağışlı olması kənd təsərrüffatından yan keçməyəcək.

Bəs havanın bu cür dəyişməsi kənd təsərrüffatına necə təsir edəcək? Meyvə-tərəvəzlərin qiymətlərində artım ola bilər?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən kənd təsərüffatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, hava dəyişikliyinin bitkilərdə yarana biləcək xəstəliklərdən, bunun istehsal və qiymətə mümkün təsirlərindən danışıb:

“Hava dəyişikliyi bitkilərdə müəyyən xəstəliklərin yaranmasına səbəb ola bilər, amma bu problem aqrotexniki tədbirlərlə aradan qaldırılacaq. Hava şəraiti meyvələrin mayalanmasına da təsir edə bilər. Lakin ümumi götürsək, ciddi problemlər gözlənilmir. Dolu, sel basma kimi hadisələr olsa, o zaman quraqlıq və s. kimi məsələlər yarana bilər. Ancaq hazırda istehsalın azalacağını düşünmürəm.

Yalnız lokal xarakterli zərərlər var. Məsələn, Tərtər və Goranboyun müəyyən kəndlərinə dolu yağdı. Ziyan yalnız həmin ərazilərdə hiss olundu.

Son olaraq, müvəqqəti hava şəraitinin pozulması qiymət artımına gətirib çıxarmır. Bir sözlə desək, meyvə-tərəvəz qiymətlərinin bahalaşması gözlənilmir”.

Şahanə Paşa

 

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv