!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyişməyən erməni barbarlığı: "Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar ola bilər"

!Reklam – Yazi

Xocalı rayonunun Fərrux kəndi ətrafında ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı insan skeletləri aşkar edilib. İnsan qalıqlarının Fərrux dağı uğrunda gedən hərbi əməliyyatlarda həlak olan hərbiçilərimizə və Xocalı soyqırımı zamanı bu yolla çıxmaq istəyən azərbaycanlılara aid olduğu ehtimal edilir.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında bildirib ki, belə kütləvi məzarlıqlardan biri bir müddət öncə Xocavəndin Edilli kəndində də aşkarlanıb:

“Azərbaycana qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Ermənistan tərəfindən əsir və girov götürülmüş minlərlə soydaşımız, daha dəqiq desək, 3 min 890 nəfər hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Müharibə qaydalarına zidd olaraq mülki əhali girov götürülüb və bir çox hallarda xüsusi amansızlıqla öldürülüb. Ermənilər öldürülən şəxslərin və işgəncələrin izlərinin itirilməsi məqsədilə onların meyitlərini kütləvi məzarlıqlarla gizlətməyə çalışıb.

Ermənilər Ballıqaya, Qaradağlı, Xocalı və Ağdaban qətliamlarının müəllifidir. Mümkündür ki, hələ Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da kütləvi məzarlıqlar olsun. Bu cür kütləvi məzarlıqlar Ermənistan ərazisində də ola bilər.

31 Mart soyqırımı ərəfəsində Fərrux kəndi ətrafında aşkarlanan kütləvi məzarlıq erməni vandalizminin dəyişmədiyini göstərir”.

Gülşən Şərif

www.yenicag.az

437
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv