!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyişməyən erməni xisləti: Özünü "yandırma"nın Paşinyan versiyası - ŞƏRH

!Reklam – Yazi

“Erməni hərbi ekspertlər qeyd edirlər ki, qeyri-qanuni silahlı birləşmələri polislə əvəz edə bilərlər. Bu da qeyri-qanuni hal sayılmalıdır. Azərbaycan ərazisində ancaq Azərbaycan polisi xidmət apara bilər”.

Bunu Qarabağda qanunsuz erməni silahlılarının təxribatları, sülhməramlıların bunlara göz yumması və Azərbaycan tərəfinin atmalı olduğu addımları şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya tərəfi Azərbaycana irad tutmaq yerinə üçtərəfli bəyanatın 4-cü bəndini yerinə yetirsin:

“Artıq 10 noyabr bəyanatının üstündən il yarım keçib, Rusiya sülhməramlıları hələ də qanunsuz erməni silahlı birləşmələrini ərazidən çıxarmayıb. İş yenə Azərbaycanın özünə qaldı və Azərbaycan ordusu bəzi strateji yüksəklikləri götürüb.

Bundan başqa, Paşinyan dünənki çıxışında bildirdi ki, əgər Qarabağda erməni silahlıları olmasa, ermənilər orada qalmayacaq. Digər tərəfdən də deyir ki, Azərbaycanın sülh təklifini qəbul edəcəklər. Erməni hərbi ekspertləri bildirirlər ki, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxması qaçınılmazdır. Bundan başqa, erməni hərbi ekspertlər qeyd edir ki, qeyri-qanuni silahlı birləşmələri polislə əvəz edə bilərlər. Bu da qeyri-qanuni hal sayılmalıdır. Azərbaycan ərazisində ancaq Azərbaycan polisi xidmət apara bilər.

Rusiya Müdafiə Nazirliyi Qarabağda baş verənlərlə bağlı iki bəyanat yaydı. Azərbaycan tərəfi də buna tutarlı cavablar verdi. Bundan sonra Rusiyada bəzi deputatlar və siyasətçilər Azərbaycana hədə-qorxu gəlməyə başladı. Delyagin hətta neft yataqlarının vurulmasından bəhs etdi. Azərbaycan tərəfi də haqlı olaraq həmin şəxs barəsində cinayət işi açıldı və “Interpol” xətti ilə axtarışa verildi.

Azərbaycan ordusu yerindədir. Tutduğu mövqedə möhkəmlənmə işləri aparır”.

Səxavət Məmməd

www.yenicag.az

836
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv