!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəyişməyən RUSİYA SİYASƏTİ: "Putin şərtlərindən əl çəkmir" - ŞƏRH

!Reklam – Yazi

“200 ildə Rusiyanın siyasətində dəyişən heç nə yoxdur. Hara gedirsə parçala və hökm et siyasəti yürüdür”.

Bu sözləri Rusiya-Ukrayna müharibəsi, müharibənin dayandırılması üçün keçirilən görüşlər və Rusiyanın Xersonda referendum keçirmək cəhdini şərh edən politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şahinoğlu bildirib ki, Putin şərtlərindən geri çəkilməsə, 40 görüş də keçirilsə nəticəsiz qalacaq:

“Görüşlər keçirilən zaman belə atəşkəs elan edilməməsi məntiqə ziddir. Bu da onu göstərir ki, görüşlərin heç bir nəticəsi olmayacaq. Ukrayna tərəfi çalışır ki, görüşlərdə humanitar koridor açılsın, əhalini ağır bombardman altından çıxara bilsinlər. Moriopol şəhəri ağır vəziyyətdədir. 400 min insan çətin vəziyyətə düşüb. Rəsmi Kremllə elə koridorlar açırlar ki, insanlar ancaq Rusiyaya üz tutsun. Özünə hörmət edən hansı insan bombardman edən ölkənin ərazisinə keçər?

Rusiyanın getdikcə enerjsi də tükənir. Rusiya baxmayaraq ki, özünü böyük dövlət sayır, müasir silahlarının olmasını iddia edir, müharibənin 20-ci günüdür, hələ də Kiyevin həndəvərindədir. Kiyevi işğal edə bilmir, güclü müqavimətlə qarşılaşır. ABŞ mediası iddia edir ki, Rusiya Çindən yardım istəyib. Ancaq Rusiya və Çin bunu təkzib edib. Ancaq bu mümkündür. Çinin özünü də ABŞ hədələyib ki, Rusiyaya kömək etsə, sanksiyalar tətbiq edəcək. Çin də bu məsələyə məntiqlə yanaşır. ABŞ ilə ticarət mübadiləsi Rusiya ilə ticarət mübadiləsindən dəfələrlə çoxdur.

Bu vəziyyətdə Rusiya müharibəni davam etdirir. Putin şərtlərindən əl çəkmir. Təxribatların sayı da artır. Bir şəhəri işğal edən kimi orada bir xalq respublikası yaratmağa çalışır. İndi də Xerson xalq respublikası yaratmaq istəyir. Orada saxta referendum keçirmək istəyir.

Müharibənin 20-ci günüdür. Putinin ətrafındakılar belə müharibənin ləng getdiyini bildirir. Dövlət televiziyasında etirazı hər kəs görüb. Bu Putinə bir işarədir. Rusiyalı iqtisadçılar da deyirlər ki, müharibəni bu gün dayandırsalar belə iqtisadiyyatı 20-30 ilə bərpa edə bilməyəcəklər. Əminəm ki, Rusiya müharibəni dayandırsa da, ABŞ sanksiyaları yumşaltmayacaq. Sanksiyalar isə çox öldürücüdür”.

Səxavət Məmməd

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv