!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dezinformasiya və məlumat çirkliliyi beyinlərimizi zəhərləməkdədir" - Türkiyə səfiri

!Reklam – Yazi

“Belə layihələr yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin və Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə Bakıda təşkil edilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunda çıxışı zamanı Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı səsləndirib.

Səfir bildirib ki, dezinformasiyalar beyinləri zəhərləyir:

“Həqiqətən, Forumu son dərəcə önəmli bir dönüm nöqtəsində gerçəkləşdiririk. Bu da Şuşa Bəyannaməsinin birinci ildönümünü yaşamağımızdır. Belə layihələrin yalnız media sahəsində deyil, akademik çevrələrdə də daha tematik şəkildə davam etdirilməlidir. Yoxsa dezinformasiya və məlumat çirkliliyi beyinlərimizi zəhərləməkdədir. Buna görə də aktiv olmalı, daha çox əmək sərf etməliyik”.

www.yenicag.az

428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv