!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DGK-da generalların sayı azaldılır

!Reklam – Yazi

“Bir müddət əvvəl Dövlət Gömrük Komitəsində ciddi struktur dəyişikliyi baş vermişdi. Gömrük sistemi regional idarəetmədən rayonlar üzrə idarəetməyə keçid etmişdi”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Prezidentin fərmanı əsasında 5 il bundan öncə yaradılan baş idarələr, Şimal Ərazi, Cənub Ərazi və Qərb Ərazi Baş Gömrük İdarələri ləğv edilərək yenidən köhnə strukturlar, rayon və şəhər üzrə gömrük idarələri yaradılıb:

“Hazırda adı çəkilən baş idarələrdə ləğvetmə prosesinin getdiyi bildirilir, generallar qarışıq hamı sərəncama götürülüb. Rayon Gömrük İdarələri isə yenidən formalaşdırılır. Bir neçə gün öncə də DGK strukturunda 1-ci müavin və müavin ştatlarından biri ləğv edilib. Beləliklə, bütün bunlardan sonra güman etmək olar ki, DGK-nın yeni strukturunda generalların sayı xeyli, ən azı 6-7 nəfər azalacaq. Görünür ki, DGK-nın yeni rəhbərliyi regional idarəetməni məqsədəuyğun hesab etməyib. Hansı ki, zamanında bu strukturlar formalaşanda generalların sayının artırılmasına deyil, daha çevik və effektiv gömrük idarəetməsinin formalaşdırıması nəzərdə tutulmuşdu. Amma göründüyü kimi bu baş verməyib. İndi necə olacaq? DGK hələlik bu haqda açıqlama verməyib, sadəcə kadr islahatlarına, generalların, rəislərin sayının azaldılmasına yönəlik addımlara üstünlük verilib.

Düşünmək olar ki, DGK gömrük rəsmiləşməsində ifrat mərkəzləşməni də yumşaltmaq niyyətindədir. Hələlik ifrat mərkəzləşmə qalır, gömrük rəsmiləşdirmələri əsasən Bakı şəhərində reallaşdırılır. Beynəlxalq təcrübə göstərir ki, adətən prosesləri sadələşdirdikdən sonra rəqəmsallaşdırılması, xidmətlərin optimallaşmasından sonra elektronlaşması daha effektiv olur. DGK-nın rəqəmsal transformasiya sahəsində yaxşı ənənələri, effektiv rəqəmsal həlləri olub. Ümid edirəm ki, yeni struktur Rəqəmsal Gömrük konsepsiyasının uğurla reallaşmasına kömək olacaq”.

 

www.yenicag.az

217
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv