!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diabet xəstələrinin həyatını dəyişəcək ixtira: İnsulin iynələri tarixə qovuşur

!Reklam – Yazi

Norveç və Avstraliyanın iki universitetinin birgə araşdırması insulin iynələrini tarixə qovuşdura bilər.

Yenicag.az xəbər verir ki, Sidney Universiteti və Norveç Arktika Universitetinin alimləri yeməli insulin hazırlayıblar.

“Nature Nanotechnology” elmi jurnalında dərc edilən araşdırmaya görə, yeməli insulini bədənə kapsul şəklində və ya görünməz nano-daşıyıcılar vasitəsilə şokolad parçasına yerləşdirməklə qəbul etmək olar.

Tədqiqat iştirakçılarından olan Arktika Universitetinin professoru Piter MakKurt bildirib ki, insulini bu şəkildə qəbul etmək daha yaxşıdır:

“Çünki bədənin təcili olaraq insulinə ehtiyacı olan hissələrinə maddəni tez çatdırmaq mümkündür. İnsulin isə şprislə alınır, bütün bədənə yayılır və bu arzuolunmaz yan təsirlərə səbəb ola bilər. Bir çox dərmanlar ağızdan qəbul edilsə də, şəkərli diabet xəstələri indiyədək bədənlərinə insulin vurmaq məcburiyyətində qalıblar. Biz insulinin mədə turşusu və həzm fermentləri tərəfindən parçalanmasının qarşısını alacaq bir örtük hazırlamışıq. Beləliklə, insulin strukturu zədələnmədən qaraciyərə çata bilər”.

Yeni insulinin əvvəlcə soxulcan, siçan və siçovullar üzərində daha sonra isə babuin meymunları üzərində sınaqdan keçirilib.

Tədqiqatçılar deyirlər ki, uğurlu nəticələr alınarsa, yeni insulin metodu 2025-ci ildən insanlar üzərində sınaqdan keçiriləcək./yenisabah

www.yenicag.az

126
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv