!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diabetli uşaqların sayı açıqlandı

!Reklam – Yazi

“Naxçıvanda 0-18 yaş qrupu üzrə 97 şəkərli diabetli uşaq var”.

Yenicag.az xəbər verir ki, bunu “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsinin bağlanış tədbirindən sonra Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Ağbulaq İstirahət Mərkəzinin imkanları daxilində birinci mərhələdə 34 diabetli uşağın valideynlərlə birgə düşərgədə iştirakı təmin edilib: “Növbəti ay bütün uşaqlar belə təlimlərdə iştirak edəcək və bu ənənə halını alacaq. Naxçıvanda keçirilən “Diabet mənim dostumdur” adlı istirahət düşərgəsi Azərbaycanda öz ilkliyi ilə seçilir. Belə ki, Azərbaycanda bu kimi tədbirlər keçirilsə də, onlar ancaq 12-13 yaşdan yuxarı uşaqları əhatə edir. Ancaq bizim düşərgədə 3 yaşında da uşaq var və valideynləri ilə birlikdə iştirak edirlər. Bu tədbirin digərlərindən fərqi odur ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bundan sonra 0-18 yaşlı uşaqların 24 saatlıq qlükoza monitorizasiyası üçün qlükoz sensorlarını təmin edəcək. Bu da Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasətin, həyata keçirilən sosial layihələrin bir nümunəsidir. Sual oluna bilər ki, qlükoz sensorların olması bizə nələri verəcək? Bilirsiniz ki, diabetli uşaqlar gündə minimum 6 dəfədən artıq barmaqlarını zədələyərək qanda şəkərin miqdarını ölçmək məcburiyyətində qalırdılar. Bundan sonra artıq buna ehtiyac olmayacaq. Bu, gələcəkdə diabetin fəsadları olan böyrəklə, gözlə, sinir sistemi ilə bağlı ağırlaşmaların qarşısını alacaq və onların komfortlu həyat tərzinə sahib olmalarına şərait yaradacaqdır. Biz Səhiyyə Nazirliyi olaraq daim uşaqların yanındayıq və düşünürük ki, diabet bir xəstəlik deyil, yaşam tərzidir. Bu yaşam tərzini asanlaşdırsaq bizim üçün daha xoşdur. Bilirsiniz ki, uşaqlar bizim gələcəyimizdir, biz onları qorumalıyıq və Azərbaycan Respublikası üçün sağlam gələcək formalaşdırmalıyıq. Səhiyyə Nazirliyi bu istiqamətdə tədbirləri davam etdirəcək”./apa/

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv