!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diaspor fəaliyyətində yeni MƏRHƏLƏ: Fəaliyyətin keyfiyyətli təşkili başlayır - TƏHLİL

!Reklam – Yazi

Tendensiyalar Xaricdə yaşayan vətəndaşların təşkilatlanması, ölkənin milli maraqlarının müdafiəsinə cəlb edilməsi dövlətin qarşısında duran əsas və mühüm vəzifələrdən biridir.

Bunun ən yaxşı nümunəsini məhz Vətən müharibəsi zamanı müşahidə etdik. Kimliyindən asılı olmayaraq, istər xaricdə, istərsə də ölkə hüdudları daxilində yaşayan və özünü azərbaycanlı sayan hər kəs bu savaşda birlik oldu, birliyini nümayiş etdirdi. Nəticədə isə tarixi haqq-ədalət bərpa edildi. Belə bir güclü həmrəyliyin formalaşmasında isə həm Ümumilli Lider Heydər Əliyevin, həm də onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xüsusi rolu var.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra məhz diaspor fəaliyətinə yanaşmada böyük dəyişikliklər müşahidə edirik.

“Azərbaycanda diaspora fəaliyətinin təşkil olunması və keyfiyyətinin artırılması ilə bağlı təxirəsalınmaz işlər həyata keçirilir.

44 günlük müharibədən öncə Azərbaycan diasporu beynəlxalq ictimaiyyətə erməni vəhşiliklərini, xalqımıza qarşı törədilən soyqırımı, qanlı faciələri çatdırmağa çalışırdısa, hazırda qazandığımız qələbəni, bərpa olunan haqq-ədaləti göstərməyə, işğaldan azad olunan torpaqları cənnət-məkana çevirməyə çağırır. Bu gün Qarabağa edilən səfərlərlə, istər xarici, istərsə də azərbaycanlılara ermənilərin hansı vəhşiliklər törətdiyi göstərilməyə çalışılır. Görülən işlər nəticəsində artıq Azərbaycan dünyanın bir çox yerində qalib, işğala son qoyan, haqqını bərpa edən ölkə kimi tanınır”, – deputat əlavə edib.

N.Həmzəyev vurğulayıb ki, Azərbaycan 44 günlük müharibədə yalnız Ermənistanı məğlub etmədi:

“Eyni zamanda, erməni lobbiçiliyinə və diasporuna qalib gəldi. Bu baxımdan diasporumuzun fəaliyyətini daha da keyfiyyətli təşkil etməyə can atmalıyıq. Həmçinin vətəndaşlarımızın da öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsinə nail olmalıyıq.

Diaspor nümayəndələrinin iştirakı ilə Şuşada keçirilən qurultayda Prezident İlham Əliyev yeni çağırışlar səsləndirdi. Bu çağırışlardan sonra diaspor sahəsindəki işlərin daha keyfiyyətli və daha təsirli şəkildə görüldüyünü müşahidə edirik.

Təbiidir ki, digər sahələrdə olduğu kimi, diaspor fəaliyyətində də müəyyən çatışmazlıqlar mövcuddur. Xüsusilə xaricdə yaşayan və cəmiyyətə təsir etmək potensialına sahib olan savadlı, bilikli kadrlarımız azdır. Vətən müharibəsi zamanı Rusiya mediasında Azərbaycanın mövqeyini müdafiə edən çox az sayda bloger, ekspert, mütəxəssis görə bildik. Bu gün mövcud boşluqların aradan qaldırılması üçün planlı işlərə ehtiyac var. Əlavə olaraq, diaspor müxtəlif layihələr, tədbirlər keçirmək üçün ölkədən dəstək gözləməməlidir. Tam əksinə, elə bir inkişaf sərgiləməlidir ki, öz ölkəsini daha da gücləndirə bilsin”.

Mövzu ilə bağlı Yenicag.az-a fikirlərini səsləndirən Beynəlxalq Azərbaycanlı Qadınlar Birliyinin sədri Kəmalə Cəlilova qeyd edib ki, xaricdə yaşayan azərbaycanlıların həmrəyliyinə bariz nümunə kimi 44 günlük Vətən müharibəsini misal göstərmək olar:

 

“Dünyanın 35 ölkəsindən – ABŞ, Kanada, Rusiya, Qazaxıstan, Ukrayna, Misir, Oman, BƏƏ, Avropa və digər ölkələrdən 100-ə yaxın böyük kütləyə xitab edə biləcək xanım nümayəndələrimizin birləşdiyi platformamızın həmrərliyinin ən yüksək səviyyəsini Vətən müharibəsində müşahidə etdik. Siyasi mövqeyindən və baxışından asılı olmayaraq, bu savaşda hər kəs Prezident İlham Əliyevin ətrafında birləşərək bir yumruq oldu və “Dəmir Yumruğu” ilə düşmənin başını əzdi.

Diaspor fəaliyyətini keçmişlə müqayisə etdikdə nə qədər inkişaf etdiyimizi görərik. Müharibə bitsə də, mübarizə bitməyib. Bu səbəbdən hazırda diasporumuz əvvəlkindən daha çox çalışır. Müəyyən boşluqlar olduğu zaman Diaspora Komitəsi ilə birgə fəaliyyət nəticəsində həmin nüanslar aradan qaldırılır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi ilə yürütdüyü siyasəti” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv