Polşa Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Lalə Zeynalovanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün namizıdliyi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Lalə Zeynalova Modern.az-a məlumat verib.
O, bildirib ki, namizədliyini 103 saylı Gədəbəy seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Lalə Zeynalovanın rəqibi Yeni Azərbaycan Partiyasının namizədi Sevinc Hüseynovadır.