!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dietoloq deputatın yalanını üzə çıxardı: “Quzu əti...”

!Reklam – Yazi

Ötən gün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev dana və quzu ətinin bahalaşmasına münasibət bildirib. Onun sözlərinə görə, quzu ətinin daha çox istifadə olunması orqanizmə faydalı deyil:

“Xarici ölkələrdə insanlar yetişmiş ət alırlar. İstər qoyun, istərsə də iribuynuzlu heyvanlar kökəltməyə verilir, ondan sonra satışa gedir”. 

Deputat izah edib ki, bizdə isə bundan fərqli olaraq, 7-8 kiloluq quzuya daha çox həvəs göstərirlər.

“Belə olan halda da bir gündə minlərlə heyvan qırılır. Bu, heyvandarlığa ziyandır. Guya, quzu ətinin tərkibi yaxşıdır, kalorilidir. Əslində, onun kalorisi digərlərindən yüksək deyil”, – o deyib.

Mövzu ilə bağlı suallarımızı cavablandıran dietoloq Məhsəti Hüseynova Yenisabah.az-a açıqlamasında söyləyib ki, sağlam heyvanın əti lazımi miqdarda yeyildikdə bu, orqanizmə zərərli deyil:

“Qan təzyiqində yüksəlmə, şəkərli diabet, həzm problemi kimi müəyyən xəstəlikləri olan insanlar həmin qidanı qəbul etdikdə müəyyən fəsadlarla rastlaşacaq”.

Dietoloqun sözlərinə görə, həftədə 2 dəfə 150-200 qr. ət yeməyin orqanizmə zərəri yoxdur:

“Ət dəmir, vitamin D və B12 qaynağıdır. Hər bir ət çeşidi özü-özlüyündə fərqlənir.

Məsələn, mal əti bədəni qüvvətləndirir və kökəldir. Onun pəhriz məqsədilə də istifadə olunması münasibdir. Qoyun əti isə bədənə qüvvət verir, qanı artırır və orqanizmin itirilmiş enerjisini bərpa edir. Toyuq əti B12, vitamin B6, selenium, fosfor və dəmir baxımından zəngindir. Həzm sistemi, mədə-bağırsaq problemi olan insanlara ağ ət yemək nisbətən daha faydalıdır”.

M.Hüseynova yekunda onu da vurğulayıb ki, qırmızı əti qəbul edən insanlarda həzm prosesinin normal qaydada getməsi üçün həmin şəxslərin yanında mütləq surətdə C vitamini tərkibli tərəvəz yaxud da limon olmalıdır.

www.yenicag.az

299
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv