!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Difai” klubunun şikayəti təmin edilmədi

!Reklam – Yazi

Apellyasiya Arbitraj Tribunalı “Difai” Futbol Klubu MMC tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı aşağıdakı qərarları qəbul edib.

1. AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin (OSTK) 2024-cü il 18 sentyabr tarixli qərarından cavabdeh “Difai” Futbol Klubu MMC tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

2. OSTK-nın 2024-cü il 18 sentyabr tarixli qərarından iddiaçı Prikrostov Aleksandr Aleksandroviç tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

3. OSTK-nın 2024-cü il 18 sentyabr tarixli qərarı ləğv edilsin, Tribunal tərəfindən yeni qərar qəbul edilsin.

4. İddiaçı tərəfindən çəkilmiş xərclərin ödənilməsinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qismən təmin edilsin.

5. İddiaçının sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzi olaraq müəyyən edilmiş 7256,13 AZN məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilsin.

6. İddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.

7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

8. Qərarın tam mətni 30 gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

www.yenicag.az

114
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv