!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dilarə gözəlliyi ilə MEYDAN OXUDU: “50 yaşıma qədər özümü belə saxlamışamsa…” - FOTO

!Reklam – Yazi

“Əgər 50 yaşıma qədər özümü belə saxlamışamsa, demək, bundan sonra məndən ikiəlli yapışmaq lazımdır…”

Bunu bu gün doğum günü olan tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva təəssüatlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

Yubileyini qeyd edən aktrisa rəqəmlərin onun üçün heç bir əhəmiyyəti olmadığını bildirib:

“Doğum günüm gecə saat 12-dən başladı, özü də sürprizlərlə. Gözləmədiyim anda qapının zəngi vuruldu, şamlarla, şarlarla bəzədilmiş tortlar gəldi. Elə maraqlı videolar hazırlamışdılar ki, onları sevinc göz yaşları ilə izlədim və çox duyğulandım. Hesab edirəm ki, doğum günləri insanların sənə olan sevgisini göstərmək üçün sanki bir məqamdır. Etiraflar məqamıdır. Evdən başlayan sürprizlər getdiyim yerlərdə də davam etdi. Hələ də davam edir. İndiyə qədər elə olub ki, doğum günlərində canlı efirlərdə olmuşam, amma özəl günümü qeyd etməmişəm, heç bu barədə danışmamışam da. İlk dəfə olaraq “Yeddi canlı” verilişində doğum günüm qeyd olunacaq. Ad günü təşkil etmək, camaatı yığmaq xüsusi bir işdir, mən verilişlərimə, çəkilişlərə güclə vaxt çatdıra bilirəm. Bəlkə də vaxt bir bəhanədir, ola bilsin, doğum günümü önəmsəmirəm. Çünki insan nəyisə önəmsəyəndə onun üçün mütləq vaxt tapır. Qaldı ki, rəqəmlərin məni qorxutmağına, mən yaşın haradan hara gəlib getdiyini heç hiss belə etmirəm. Özümü işimlə-peşəmlə o qədər əhatə etmişəm ki, yaşlanmaq yadıma düşməyib.

Hesab edirəm ki, işini sevən insanlar mükəmməl olur, elə insanların yaşla bağlı qorxusu da olmur. Bəlkə də içimdə belə bir qorxu var, ona görə başımı işlə qatıram, bilmirəm. Oturub bu barədə düşünsəm, pis olaram. Düşünmürəm və bəxtə düşəni yaşayıb gedirəm”.

Cəvahir

www.yenicag.az

3966
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv