!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dilarə xanımla Aydın bəyin faciəvi ölümü Azərbaycan üçün çox böyük itki idi” – Novella Cəfəroğlu

!Reklam – Yazi

“Dilarə xanım istənilən şəraitdə öz sözünü qətiyyətlə deyirdi və onun məntiqli fikirləri əksəriyyət tərəfindən qəbul olunurdu”.

Bu fikirləri milli-azadlıq hərəkatının öncülləri sırasında xüsusi yer tutan, 1991-ci il aprelin 19-da avtoqəza nəticəsində həlak olan professorlar Dilarə Əliyeva ilə Aydın Məmmədovu şəxsiyyət kimi dəyərləndirən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, adları çəkilən hər iki ziyalı Azərbaycan üçün çox dəyərli insanlar idi:

“Allah Dilarə xanıma və Aydın bəyə rəhmət eləsin. Doğrudan da, hər ikisi xalqımız üçün çox dəyərli insan, ziyalı idilər. Ümumiyyətlə, milli-azadlıq hərəkatı başlayanda, Dilarə xanım oraya qoşulan və hər zaman öz sözünü qətiyyətlə deyən az sayda qadınlardan biri olub.

Onun elmi fəaliyyəti çox uğurla davam edirdi, professor idi, eyni zamanda hərəkatda böyük fəallıq göstərirdi. Bu baxımdan, onun 1990-cı ildə əvvəlcə AXC İdarə Heyətinin üzvü, daha sonra isə millət vəkili seçilməsi təsadüfi deyildi. Dilarə xanım istənilən şəraitdə öz sözünü qətiyyətlə deyirdi və onun məntiqli fikirləri əksəriyyət tərəfindən qəbul olunurdu.

Aydın bəy də çəmiyyətin hörmətlə, etimadla yanaşdığı alim, millət vəkili idi. Onun da istər hərəkatda oynadığı rol, istərsə də elmi fəaliyyətində qazandığı nailiyyətlər rəhmətliyin nüfuzunu xeyli artırmışdı. Aydın bəy soyuqqanlı və barışdırıcılığa meyilliliyi ilə seçilirdi.

Bu gün bizim Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti məhz Dilarə xanımın adını daşıyır. Öz fəaliyyətimizlə onun adını yaşatmağa, ruhunun şad olmasına çalışırıq. İnanıram ki, bu işin öhdəsindən gələ bilirik”.

A.Zeynalov

www.yenicag.az

264
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv