!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Diletantların at oynatdığı FİLM SEKTORU: “Ağıllarına nə gəlir, onu da çəkirlər” - ETİRAZ

!Reklam – Yazi

“Bütün dünyada filmlər dövlət yox, özəl prodakşnlar tərəfindən istehsal olunur”.

Bu sözləri yeni layihələrə dəvət almayan tanınmış aktyor Məhəmməd Verdizadə Yenicag.az-a açıqlamasında deyib.

Son vaxtlar filmlərə çəkilməyən, yaradıcı insan olaraq itirdiyi zamana heyfslənən aktyor artıq danışmaqdan, gileylənməkdən bezdiyini dilə gətirib:

“Artıq danışmaqdan da bezmişəm. Nə qədər danışmaq olar? Bu məsələ mənəvi baxımdan məni çox yorur Dedim, demədim, nə faydası, onsuz da bir nəticə yoxdur. Kino var ki gedib çəkiləsən? Son illər dövlət dəstəyi ilə filmlər çəkilmir.

Əslində, bütün dünyada belədir, dövlət film çəkmir, filmlər özəl prodakşnlar tərəfindən istehsal olunur. Onlar da ağıllarına nə gəlir, onu da çəkirlər. Təəssüflər olsun ki, kino diletantların əlindədir.

Gözləyirik, amma əvəzində vaxtımız, zamanımız gedir. Durub hansısa rejissora xahiş edəsi də deyiləm ki, məni çək. Çəkmirlər, çəkməsinlər. Maddiyyata gəlincə, onların da əlində nə qədər vəsait varsa, o pula uyğun çəkirlər. Deyir qardaş, əlimizdə olan büdcə budur…”

Cəvahir

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv