!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİM-dən bakalavrlara “soyuq duş” SÜRPRİZİ: “İmtahana hazırlaşanlar üçün 15-20 gün vaxt itirmək...”

!Reklam – Yazi

“Ola bilsin, burada ixtisas seçimlərinə və sentyabr ayından yeni tədris ilinə hazırlıqla bağlı işlərə daha çox vaxt ayırmaq niyyətinin təsiri var”.

Bu fikirləri ali təhsilin magistr səviyyəsi üzrə keçiriləcək ikinci imtahan cəhdi müddətinin önə çəkilməsinin ciddi narazılıq yaratdığını vurğulayan təhsil eksperti Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, illərdir, magistr təhsil səviyyəsinin ikinci imtahan cəhdi əsasən may ayında keçirilirdi:

“Dövlət İmtahan Mərkəzi ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə qəbul imtahanlarının vaxtlarını artıq elan edib. Magistratura səviyyəsi üzrə birinci cəhd imtahanlar fevralın 11-də keçirilmişdi. Çox təəssüf ki, ikinci cəhd qısa bir aradan sonra – aprelin 28-nə təyin edildi. Bu, imtahan verəcək bakalavrlar üçün heç də ürəkaçan xəbər olmadı.

Mən özüm səhhətimlə əlaqədar fevralın 11-də baş tutan imtahanda iştirak edə bilməsəm də, ikinci cəhddə keçiriləcək magistr imtahanında iştirak edəcəyəm. İllərdir, magistr səviyyəsinin ikinci cəhd imtahanı əsasən may ayında baş tuturdu. Lakin imtahanın aprel ayına salınması bakalavrların hazırlıq üçün 15-20 gün itirməsinə səbəb oldu. Bu isə tələbələr üçün böyük müddətdir.

Ona görə ki, ikinci cəhdə hazırlaşan tələbələr daha qısa və sürətli hazırlıq proqramından istifadə edirlər. Fikrimcə, burada bir günün belə kifayət qədər önəmi var. Bu dönəmdə testlərə daha çox diqqət ayrılır. Düzü, bu qərarın nəyə əsaslandığını söyləmək çətindir.

Ola bilsin, burada ixtisas seçimlərinə və sentyabr ayından yeni tədris ilinə hazırlıqla bağlı işlərə daha çox vaxt ayırmaq niyyətinin təsiri var. Bu da sürətli hazırlıq planı ilə hazırlaşan bakalavrların qrafikini pozur. Biz 4-cü kurs tələbələri arasında sorğu keçirsək, hamısının bu qərardan narazı olduğunu görəcəyik. Dördüncü kurslar üçün 15-20 gün itirmək onlara iki qat çətindir”.

İsmayıl Bakuvi

www.yenicag.az

2073
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv